Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon məktəblərində “Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Məfkurəsi” mövzusunda tədbirlərin ikinci mərhələsinə start verildi

24 noyabr 2015 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinın başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin 2015-ci il üçün təsdiq edilmiş iş planının 41-ci bəndinə uyğun olaraq “Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” istiqamətində Binəqədi rayon məktəblərində “Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Məfkurəsi” mövzusunda başlanan tədbirlər silsiləsinin 24 noyabr tarixdən etibarən ikinci mərhələsinə start verildi.
Keçirilən tədbirlərdə 99 , 100 və 298 saylı məktəbin şagirdləri iştirak etdilər.
“Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Məfkurəsi” mövzusunda mühazirəçi, Azərbaycan Jurnalistlər Birliyi,  Yazıçılar Birliyi, YAP-nın üzvi, “Xan qızı Natəvan”, “Qızıl qələm” və Rəsul Rza adına Beynəlxalq mükafatların sahibi, yazıçı Zöhrə Əsgərova şagirdlərlə interaktiv mühazirə apardı.
Mühazirədən sonra şagirdlərin mövzu ilə bağlı sualları cavablandırıldı.

Keçidlər