Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

28 noyabr 2015 | 11:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində paytaxtın Binəqədi rayonunda ağacəkmə və yaşıllaşdırma aksiyalarının keçirilməsi davam etdirilir.
“Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində “Birgə Yaradaq” layihəsinin təşəbbüsü ilə noyabrın 28-də Binəqədi rayonunun Xocasən qəsəbəsi, Motodrom yaşayış massivi, Bakı Atıcılıq Mərkəzinin yaxınlığındakı ərazidə növbəti ağacəkmə aksiyası təşkil keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələrinin nümayəndələri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Reallaşdırılan aksiya zamanı 500-ə yaxın iqlimə uyğun ağac əkildi. Aksiyada yeni əkilən tinglər suvarıldı, mövcud ağaclara aqrotexniki qaydada qulluq göstərildi.

Binəqədi rayonunda ətraf mühitin mühafizəsinə və yaşıllıqların artırılmasına xidmət edən bu cür ağacəkmə kampaniyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır.

Keçidlər