Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Binəqədi rayonunun ərazisində inşa olunan məscid kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur

31 dekabr 2012 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Binəqədi rayonunun ərazisində inşa olunan məscid kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış oldu.
Dövlət başçısının tapşırığı ilə Bakının Binəqədi rayonu ərazisində yeni məscid kompleksinin inşasına başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev inşaat işlərinin gedişi ilə tanış olmaq üçün kompleksin tikildiyi əraziyə gəldi.
Layihə üzrə yeni məscidin ümumi sahəsi 4 min kvadratmetr təşkil edəcəkdir. Ucaldılacaq 4 minarənin hər birinin hündürlüyü 72, baş günbəzin hündürlüyü 55, ikinci günbəzin hündürlüyü isə 35 metr olacaqdır.
Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənəcəkdir. Kompleksin daxilində isə tamamlama-bəzək işlərində mərmərdən və taxtadan istifadə olunacaqdır. Məscid kompleksinin həyətində 80 avtomobil üçün dayanacağın yaradılacağı da nəzərdə tutulur.
Dövlət başçısı inşaat sahəsini gəzdi, tikintinin gedişi ilə maraqlandı, müvafiq tapşırıqlarını verdi.
 

Keçidlər