Şriftin ölçüsü :

Saytın rəngi :

1 Dekabr –Ümumdünya QİCS-lə mübarizə günü ilə əlaqədar tədbir keçirildi

01 dekabr 2015 | 11:00

1 Dekabr –Ümumdünya QİCS-lə mübarizə günü ilə əlaqədar 144 saylı tam orta məktəbdə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Ləman Əliyeva, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin sahə inspektoru Elnur Məcidov, məktəbin direktoru Həcər Mahmudova və məktəbin şagirdləri iştirak etdilər.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev XXI əsrin bəlası olan narkomaniyanın mənfi cəhətlərindən danışaraq, yeniyetmə və gənclərə zərərli vərdişlərdən uzaq olmağı, müxtəlif idman növləri, intellektual oyunlara maraq göstərməyi tövsiyə etdi.
Daha sonra çıxış edənlər - 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndə  Ləman Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin sahə inspektoru Elnur Məcidov, 144 saylı tam orta məktəbin direktoru Həcər Mahmudova və məktəbin tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyeva bəşəriyyət üçün ən böyük bəlalarından olan narkomaniya, siqaret və alkoqolizmin insan həyatına vurduğu zərbə, onların törətdiyi fəsadlar haqqında şagirdlər arasında maarifləndirici seminarların keçirilməsinin əhəmiyyətindən danışaraq bu məsələnin daim dövlətin diqqət mərkəzində olduğunu nəzərə çatdırdılar və narkomaniya ilə mübarizədə bütövlükdə dövlətin, cəmiyyətin və nəhayət hər birimizin üzərinə düşən məsuliyyətin vacibliyini xüsusi vurğuladılar. Həmçinin narkomaniya ilə mübarizə istiqamətində Binəqədi rayonunda da çoxsaylı tədbirlərin həyata keçirildiyini qeyd etdilər.
Sonra məktəbin bir qrup fəal şagirdi narkomaniyanın cəmiyyətə, insanlara vurduğu ziyan barədə məruzələr etdilər.
Daha sonra şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər