Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Beynəlxalq Əlillər günü münasibəti ilə tədbir keçirildi

03 dekabr 2015 | 11:00

3 dekabr tarixində Beynəlxalq Əlillər günü münasibəti ilə Binəqədi Rayon İcra Hakimiyyəti və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova və assosiasiyanın uşaqları iştirak etdilər.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin salamlarını uşaqlara çatdırdı. E.Dadaşov qeyd etdi ki, Respublikada əlilliyin səviyyəsi, reabilitasiya işinin vəziyyəti onlara göstərilən diqqət və qayğı bir çox hökumət və qeyri-hökumət təşkilatlarının, aidiyyəti nazirliklərin birgə fəaliyyətindən çox asılıdır. Bu sahədə işin düzgün təşkili üçün dünya ölkələrinin təcrübəsinin öyrənilməsi, beynəlxalq təşkilatlarla lazımi işin aparılması vacib məsələlərdəndir.  Natiq çıxışında əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanıldığını və bu sahədə kifayət qədər işlərin görüldüyünü vurğuladı.
Sonra çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova bu cür tədbirin keçirilməsinə və göstərilən diqqət və qayğıya görə Binəqədi Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirdi.
Daha sonra tədbir uşaqlar üçün təşkil edilmiş əyləncəli proqramla davam etdirildi.

Keçidlər