Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2015-ci ilin noyabr ayında daxil olan müraciətlər

07 dekabr 2015 | 11:00

2015-ci ilin noyabr ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 2839, birbaşa cavablandırılan zənglərin sayı 2184,  yaradılan əks əlaqələrin sayı 686, günlük  orta zəng sayı 84, tərtib edilən şikayət vərəqələrinin sayı 655 olub.
Şikayət xarakterli müraciətin 655-nin  icrası təmin edilib, o cümlədən 540-ı və ya  82,4 %-i tam həll olunub, 36-ı və ya 5,5 %-i qismən həll edilib, 79-u və ya 12,1 %-i müvafiq izahat verilərək həll edilib.
Noyabr ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  241-i və ya 36,8 %-i su-kanalizasiya, 147-i və ya 22,4 %-i qaz təchizatı, 111-i və ya 16,9 %-i istilik təchizatı, 48-i və ya  7,3 %-i sakinləri narahat edən digər məsələlər, 47-i və ya 7,2 %-i lift problemləri, 34-ü və ya 5,2 %-i elektrik təchizatı ilə bağlı, 11-i və ya 1,7 %-i məişət tullantıları ilə əlaqədar, 11-i və ya 1,7 %-i küçələrin işıqlandırılması idarəsi, 5-i və ya 0,8 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olub.
Ay ərzində xidmətə 17 təşəkkür müraciəti daxil olub.

Keçidlər