Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlamlığımızı qoruyaq” adlı tədbir keçirildi

07 dekabr 2015 | 11:00

7 dekabr tarixində 158 saylı bağçada Binəqədi Rayon İcra Hakimiyyətinin “Birgə Yaradaq” layihəsinin təşəbbüsü ilə  “Sağlamlığımızı qoruyaq” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, 158  saylı körpələr-evi uşaq bağçasının müdiri  Rəfiyyə Əsədova  və  bağçanın  kollektivi iştirak etdilər.
İlk öncə çıxış edən 158 saylı körpələr-evi uşaq bağçasının müdiri Rəfiyyə Əsədova sağlam həyat tərzinin uşaqlar arasında təbliğinin vacibliyini qeyd etdi və bunların bağçada uşaqlara hər zaman öyrədildiyini vurğuladı.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova rayon rəhbərliyi adından uşaqları salamlayaraq, “Birgə Yaradaq” layihəsinin təşəbbüsü ilə  keçiriliən “Sağlamlığımızı qoruyaq” tədbir haqqında məlumat verdi. Sağlam həyat tərzinin vacibliyi haqqında məlumat verən L.Kərimova balaca yaşlarından uşaqların bu sahədə maarifləndirməsinin vacibliyini diqqətə çatdırdı.
Tədbir sağlam həyat tərzi devizi altında balaca fidanların hazırladıqları proqramla davam etdirildi.

Keçidlər