Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Tolerantlıq nümunəsi Azərbaycan” adlı layihə çərçivəsində növbəti mühazirə dərsləri keçirildi

09 dekabr 2015 | 11:00

7 dekabr tarixdən etibarən Binəqədi rayon ərazisində yerləşən təhsil müəssisələrində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidməti və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı “Tolerantlıq nümunəsi Azərbaycan” adlı layihə çərçivəsində mühazirə dərsləri keçirilir.
9 dekabr tarixində 115 saylı tam orta məktəbdə keçirilən növbəti mühazirə dərslərində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımoğlu və Binəqədi rayonu ərazisində yerləşən 32 ümumtəhsil müəssisələrində çalışan 200-ə yaxın müəllim iştirak etdilər.
İlk öncə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov Rayon İcra Hakimiyyəti rəhbərliyi adından tədbir iştirakçılarını salamlayaraq, keçirilən layihənin vacibliyi haqqında geniş məlumat verdi. Natiq çıxışında bildirdi ki, tolerantlıq, milli-mənəvi dəyərlərimizin qorunması və gənclərimiz arasında təbliğ edilməsi missiyası olduqca əhəmiyyətlidir.
Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımoğlu “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi istiqamətində fəaliyyəti” mövzusu ətrafında mühazirəsini davam etdirdi.  
Mühazirədən sonra auditoriyanın sualları cavablandırıldı.

Keçidlər