Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirildi

11 dekabr 2015 | 11:00

11 dekabr tarixində Binəqədi rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirildi.
Ümumilikdə  rayonun 192  yuxarı  sinif  şagirdinin iştirakı ilə   32  orta  məktəb  komandası   çempionluq   uğrunda   mübarizə   aparıb, turnirin   final   mərhələsinə  9   məktəbin   komandası  vəsiqə  qazanıb.
İntellektual oyunda rəmzi olaraq işğal altında olan Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının adını daşıyan komandalar onlara verilən suallara məhdud vaxt ərzində düzgün cavab tapmaqla mübarizə aparıblar.
Final mərhələsində birinci yeri 297 saylı tam orta məktəbin, ikinci yeri 313 saylı tam orta məktəbin və üçüncü yeri 126 nömrəli tam orta məktəbin komandaları qazandılar. Qalib gələn komandalara hədiyyə və diplomlar təqdim edildi.
Mərasimdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Ulu Öndərin həyat və fəaliyyətindən, misilsiz xidmətlərindən, ölkədə həyata keçirilən, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən danışdı. Vurğulandı ki, ulu öndər Heydər Əliyev memarı və qurucusu olduğu Azərbaycan dövlətinin inkişafına verdiyi misilsiz töhfələrə görə xalqın qəlbində ümummilli liderlik zirvəsinə yüksəlib.
Sonda turnirin qalibi olan məktəblərin komandaları ümummilli lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qarşısında ucaldılan abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildirdilər.

Keçidlər