Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 283 saylı tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi

10 dekabr 2015 | 11:00

10 dekabr tarixində Binəqədi rayonu 283 saylı tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Binəqədi rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, 283 saylı tam orta məktəbin direktoru Tünzalə Zeynalova və məktəbin kollektivi iştirak etdilər.
Tədbir  ümummilli lider Heydər Əliyevin xatirəsinin anılması ilə başlandı.
Sonra tədbiri açıq elan edən 283 saylı tam orta məktəbin direktoru Tünzalə Zeynalova tədbirin proqramı haqqında məlumat verdi.
Daha sonra tədbir 283 saylı tam orta məktəbin kollektivi tərəfindən hazırlanmış “Tarixə yaddaş ömür” adlı proqramla davam etdi. Proqramda Ümummilli lider Heydər Əliyevin xatirələri, dövlət siyasətində rolu, hakimiyyət illəri öz əksini tapmışdır.
Tədbirin proqramından sonra çıxış edən AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev Ulu öndərlə bağlı öz xatirələrini bölüşdü. Natiq çıxışında bildirdi ki, Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan, ideyaları, idarəçilik təcrübəsi bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli lider Heydər Əliyevin siyasi irsi o qədər zəngin, mənalı və dəyərlidir ki, hələ bir neçə on illər bundan sonra da nəsillər bu varislik xəzinəsindən istifadə edəcəklər. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpüyə, dünyanın dinamik inkişaf edən ölkələrdən birinə çevrilib.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova çıxış edərək Ulu Öndər ideyalarının hər zaman bizlərin qəlbində əbədi yaşadığını və yaşayacağını qeyd etdi. L.Kərimova bildirdi ki, dünya birliyində, Şərq ölkələri arasında zəngin dövlətçilik tarixi və ənənəsi ilə tanınan Azərbaycanın keçdiyi yol hamar olmasa da xalqı zamanın burulğanlarından çıxarmağı bacaran sərkərdələri arasında Heydər Əliyev fenomeni, onun rəhbərlik illəri özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edib. Zaman keçəcək, yeni nəsillər gələcək amma dəyişməyən bir məqam qalacaq - Ulu öndər irsi və əbədiyaşar ideyaları.
Çıxışlardan sonra tədbir Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş videoçarxın nümayişi ilə yekunlaşdı.

Keçidlər