Şriftin ölçüsü :

Saytın rəngi :

“Tolerantlıq nümunəsi Azərbaycan” layihəsinin yekun tədbiri keçirildi

12 dekabr 2015 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin dəstəyi ilə 7-10 dekabr 2015-ci il tarixlərdə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin tarix fənnini tədris edən 197 müəllimin iştirakı ilə keçirilmiş “Tolerantlıq nümunəsi Azərbaycan” adlı layihənin bağlanış mərasimi oldu.
Tədbirə layihədə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımoğlu, AMEA-nın müxbir üzvü, Məhəmməd Füzuli adına  Əlyazmalar İnstitutunun şöbə müdiri Mövsün Nağısoylu və orta ümumtəhsil məktəblərinin tarix müəllimləri iştirak etdilər.
Tədbirdə çıxış edənlər  - Gündüz İsmayılov, Etibar Nəcəfov, Nəriman Qasımoğlu, Mövsün Nağısoylu əvvəlcə belə bir təşəbbüs üçün təşkilatlara minnətdarlıqlarını bildirdilər və layihədə iştirak edən tarix müəllimləri ilə ilk dəfə belə tədbir olduğunu vurğulayaraq onlara tövsiyə etdilər ki, layihə zamanı apardıqları qeydləri, verilən təklifləri şagirdlərə çatdırsınlar.
Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbir haqqında geniş məlumat verərək milli-mənəvi dəyərlərimizin hər şeydən üstün olduğunu, gənclərin kənar təsirlərdən qorunmasının vacib olduğunu bildirdi. A.Əliyeva məruzəçilərə Binəqədi Rayon İcra Hakimiyyəti  adından minnətdarlığını bildirdi.
Daha sonra layihə iştirakçılarından 157 nömrəli tam orta məktəbin müəllimi Ruslan Ağamalıyev, 126 nömrəli tam orta məktəbin müəllimi Şirincan Məmmədova, 135 nömrəli tam orta məktəbin müəllimi Kəmalə Abbasova və 103 nömrəli tam orta məktəbin müəllimi Sevinc Şirinova çıxış edərək, təşkilatçılara tədbirin keçirilməsinə görə təşəkkürlərini bildirdilər və layihənin məktəblilər arasında keçirilməsinin zəruruliyini bildirdilər.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olundu.

Keçidlər