Binəqədi rayonunda “Daha yaxşı görək” layihəsi keçirildi
15 dekabr 2015 | 11:00
Dekabrın 15-də Binəqədi rayonunda "Azercell Telekom" MMC , “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatının təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təhsil müəssisələrində səyyar müayinələrin təşkil edilməsi məqsədilə “Birgə yaradaq” tədbirlər planı çərçivəsində “Daha yaxşı görək” layihəsi keçirildi.
Tədbir çərçivəsində Binəqədi rayonunda yerləşən 217 saylı tam orta məktəbin şagirdləri arasında səyyar oftalmoloq-həkimlər tərəfindən göz müayinəsi aparıldı.