Şriftin ölçüsü :

Saytın rəngi :

9-cu mikrorayon sakinləri ilə görüş keçirildi

12 yanvar 2013 | 11:00

2013-cü il yanvarın 11-də Bakı Pedoqoji Kadrlar İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun 9-cu mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə və xidmət sahələrinin rəhbərləri və 135 nəfər sakin iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi.
Mikrorayon sakinlərindən Səfiyev Əsgər, Sultanov Ramiz, Ağayev Nizami, Şəfiyev Rafiq, Məmmədov Bəxtiyar, Şıxseyidov Qasım ,Hüseynov Tələt və başqaları çıxış edərək mikrorayonda və yaşadıqları binalarda mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
 

Keçidlər