Binəqədi rayonunda valideyn himayəsindən məhrum olmuş uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə tədbir keçirildi
16 dekabr tarixində Binəqədi rayonunda valideyn himayəsindən məhrum olmuş uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycanın premium kinoteatrı Cinemalux şirkətinin təşkilatçılığı ilə tədbir keçirildi.
Belə ki, ilk öncə uşaqlar üçün cizgi filmi nümayiş etdirildi. Uşaqlar 28 Cinema-da ilk dəfə nümayiş olunan “Lulunun inanılmaz sirri” cizgi filmini izlədikdən sonra AFK şirkətinin KFC restoranının 28 may filialında onlar üçün təşkil edilən süfrə arxasında nahar etdilər.
AFK şirkəti 2010-cu il mayın 18-də Azərbaycanda biznesin inkişafı və dəstəyi məqsədi ilə ictimai qida sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün yaradılmışdır. Şirkətin ilk və böyük layihəsi KFC restoran şəbəkəsidir.