Sağlam Gələcək" layihəsi yekunlaşdı
Dekabrın 18-də Binəqədi rayonu 100 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti, “Vertebra” Onurğa Mərkəzi və Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Birgə Yaradaq" layihəsi çərçivəsində "Sağlam Gələcək" adı altında keçirilən silsilə tədbirlərin yekunlaşdırılması münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Respublika Qadınlar Cəmiyyətinin Hüquq Mühafizə işləri üzrə sədr müavini Gülbahar Məmmədova, Vertebra Onurğa Tibb Mərkəzinin Baş həkimi İradə Hacıyeva, Qadınlar Cəmiyyətinin İdarə Heyətinin üzvü, “Carçı” jurnalının redaktoru Gülnarə Əmirquliyeva Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Qadınlar Şurasının üzvləri, 99, 143 və 100 nömrəli tam orta məktəblərin ibtidai sinif müəllimləri və həkimləri iştirak etdilər.
İlk öncə “Vertebra” Onurğa Tibb Mərkəzinin baş həkimi İradə Hacıyeva mövzu ilə bağlı geniş təqdimat etdi.
Daha sonra çıxış edənlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar mərkəzinin” layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva tədbirin əhəmiyyətindən danışaraq, belə tədbirlərin keçirilməsini müsbət hal kimi qiymətləndirdilər.
Tədbirin sonunda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva layihənin keçirilməsində əsas məqsədin rayon ərazisində yerləşən məktəbəqədər və orta ümumtəhsil müəssisələrində gənclərə sağlam həyat tərzi vərdişlərinin aşılanması və onların sağlam gələcəyinin təminatı istiqamətində düzgün maarifləndirmə işinin təşkil edilməsi olduğunu bildirdi. Aygün Əliyeva məktəb yaşlı uşaqların onurğa problemlərinin cəmiyyətimizin ağrılı məsələlərindən biri olduğu üçün bu istiqamətdə maaarifləndirmə, təbliğat-təşviqat işlərinin aparılmasının vacibliyini vurğuladı.