Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda uşaqlar üçün Yeni il şənliyi keçirildi

23 dekabr 2015 | 11:00

Dekabrın 23-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə, Qızıl Aypara Cəmiyyətinin, Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA) və Qan Donorları Assosiasiyasının birgə təşkilatçılığı ilə Atrium Uşaq-Əyləncə Mərkəzində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlar üçün Yeni il şənliyi keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin məsul işçisi Rauf Həsənov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi Rayon şöbəsinin sədri Afət Quliyeva və Cəmiyyətin əməkdaşları, Tisa Azərbaycan Beynəlxalq Məktəbinin əməkdaşı Mehriban Əzimzadə və məktəbin tələbələri, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, eyni zamanda, Binəqədi rayonunda yaşayan və valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlar iştirak etdilər.
Tədbirdə 26 saylı uşaq və gənclər yaradıcılıq mərkəzi tələbələrindən ibarət musiqi dördlüyü uşaqlar üçün milli mahnılar ifa etdilər. Daha sonra Şaxta Baba və klounlar uşaqlarla interaktiv-əyləncəli yarışlar keçirdi, qalibləri mükafatlandırdı.
Sonda uşaqlara Şaxta Baba tərəfindən hədiyyələr təqdim olundu.

Keçidlər