Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə rayon ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri təbrik edilib

26 dekabr 2015 | 11:00

Dekabrın 26-da Binəqədi Rayon İcra Hakimiyyəti və “Sodrujestvo Cəmiyyəti”nin birgə təşkilatçılığı ilə rayon ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə öz evlərində Rayon İcra Hakimiyyəti tərəfindən ziyarət olunaraq təbrik ediliblər.
Görüşlərdə Binəqədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Sodrujestvo Cəmiyyətinin Binəqədi rayon şöbəsinin müdiri Elmira Bayquzina və Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN Könüllüləri iştirak ediblər. Görüşlərdə müxtəlif xalqların və konfessiyaların nümayəndələrinə rayon rəhbərliyinin bayram təbrikləri çatdırılıb, onlara bayram sovqatları təqdim edilib. Görüş zamanı bildirilib ki, 31 dekabr bütün dünya azərbaycanlılarını birlik və həmrəyliyə səsləyən əsl ümumxalq bayramıdır. Vurğulanıb ki, multikultural dəyərlərin, tolerant düşüncə tərzinin, fərqli xalqların və konfessiyaların dinc yanaşı yaşamaq ənənələrinin hakim olduğu Azərbaycan cəmiyyətində digər mədəniyyətlərin daşıyıcılarına qarşı hörmət və ehtiram, qayğıkeş münasibət hazırda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.
Ziyarət olunan ailələr onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Binəqədi rayononda hər il ənənəvi olaraq bütün əlamətdar günlərdə və bayramlarda rayonda yaşayan aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə bayram sovqatları verilir. Keçirilən xoş niyyətli tədbir insanlar arasında birlik və mehribanlığın möhkəmlənməsinə xidmət edir.

Keçidlər