Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Binəqədi rayonunda “Baytarlıq şəhərciyi”nin açılışında iştirak edib

28 dekabr 2015 | 11:00

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Binəqədi rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Bakıda “Baytarlıq şəhərciyi”nin açılışında iştirak edib.
Dövlətimizin başçısı şəhərciyin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verildi.
Bildirildi ki, “Baytarlıq şəhərciyi”ndə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Respublika Baytarlıq Laboratoriyasının və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun yeni inzibati binaları yerləşir. Layihənin həyata keçirilməsində əsas məqsəd respublikada sanitariya və sağlamlığın qorunmasında, təhlükəli yoluxucu xəstəliklərin qarşısının alınmasında, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, həmçinin əhalinin insan və heyvanlar üçün təhlükəli olan xəstəliklərdən qorunmasında böyük rolu olan baytarlıq xidməti işinin yaxşılaşdırılması, bu sahədə fəaliyyət göstərən qurumların maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların avadanlıq və baytarlıq preparatları ilə təminatına şərait yaradılmasından ibarətdir.
Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər