Binəqədi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi qeyd edildi
Dekabrın 29-da Binəqədi rayon Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon Təşkilatı, Rayon Gənclər və İdman İdarəsi və Bakı Humanitar Kollecin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri, rayon idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələri və rayon ictimaiyyəti iştirakı etdilər.
Əvvəlcə tədbirin aparıcısı qonaqları salamlayaraq onları Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi, 2015-ci il ərzində Binəqədi rayonunda aparılan abadlıq-quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər haqqında məlumat verdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində, iqtisadiyyatımızın inkişaf etdiyini, Dövlət Proqramlarının icra edildiyini, ümumilikdə, 2015-ci ildə ölkə qarşısında duran bütün vəzifələrin şərəflə yerinə yetirildiyi bildirdi.
Tədbirin bədii hissəsi Binəqədi rayonu 138 saylı saylı körpələr-evi uşaq bağçasının balaca fidanlarının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı hazırladıqları dünya ölkələrinin milli geyimlərini nümayişi ilə başladı və Azərbaycanın milli geyimi ilə səhnəyə gələn balaca fidanlar milli rəqs ilə səhnəni salamladılar.
Daha sonra tədbir məktəbəqədər təhsil müəssisələri, mədəniyyət müəssisələri və rayonun istedadlı gənclərinin hazırladıqları proqram, o cümlədən, incəsənət ustalarının çıxışları ilə davam etdirildi.
Maraqlı əyləncəli viktorinalar, möhtəşəm rəqslər, şou proqram tədbir iştirakçılarında yüksək əhval-ruhiyə yaratdı. Tədbirin ən maraqlı anlarından biri isə dünya ulduzlarının oxşar simalarının səhnəyə çıxmaları idi.
Sonda Eldar Əliyevin ifasında səslənən “Azərbaycan” mahnısının sədaları altında rayon gəncləri Azərbaycan bayrağını dalğalandırdılar.
Tədbir atəşfəşanlıqla yekunlaşdırıldı.