Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2015-ci ilin dekabr ayında daxil olan müraciətlər

05 yanvar 2016 | 11:00

2015-ci ilin dekabr ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 3145, birbaşa cavablandırılan zənglərin sayı  2274, yaradılan əks əlaqələrin sayı 900, günlük orta zəng sayı 99, tərtib edilən şikayət vərəqələrinin sayı 871 olub.
Şikayət xarakterli müraciətin 871-nin  icrası təmin edilib, o cümlədən 722 -si və ya 82,9 %-i tam həll olunub, 42 -si və ya 4,8 %-i qismən həll edilib, 109-u və ya 12,3 %-nə müvafiq izahat verilərək həll edilib.
Dekabr ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  220-si və ya 25,3 %-i istilik təchizatı, 211-i və ya 24,2 %-i su-kanalizasiya, 189-u və ya  21,7 %-i qaz təchizatı,  88-i və ya 10,1 %-i elektrik təchizatı ilə bağlı, 82-si və ya  9,4 %-i sakinləri narahat edən digər məsələlər, 51-i və ya 5,9 %-i lift problemləri, 12-si və ya 1,4 %-i yaşıllaşdırma idarəsi, 9-u və ya 1 %-i zibil və tullantılar ilə əlaqədar, 9 -u və ya 1 %-i küçələrin işıqlandırılması idarəsi  ilə əlaqədar olub.
Xidmətə daxil olan təşəkkürlərin sayı isə 35 olub.

Keçidlər