Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər davam etdirilir
Həftə ərzində (7-11 yanvar) rayon ərazisində ümumilikdə 51 yerdə su axıntıları olan boruların və 3 nasosxananın təmiri aparılıb, 87 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb. Həmçinin 100 p/m su xətti və 2 dəst kanalizasiya şəbəkəsi üzrə lük dəyişdirilib, 30 p/m kanalizasiya xətti cari təmir edilib.
Sulutəpə qəsəbəsi, Dəyirman yolunda 692 p/m, Meliorasiya deyilən ərazidə 760 p/m, Rəsulzadə qəsəbəsində 820 p/m, Biləcəri qəsəbəsi, Nehir parketin yanında 2490 p/m, I Mədən ərazisində 610 p/m, III Mədən ərazisində 789 p/m, Binəqədi kənd ərazisində 211 p/m, Binəqədi QİS TTX tərəfindən 77 p/m qaz xətti çəkilib. Ümumilikdə. Binəqədi QİS-in ərazisində 4560 p/m qaz xətti çəkilib.
“AZƏRİSTİLİKTƏCHİZAT” 9-cu mikrorayon M.Cəlal küçəsində 61, 63, 105 saylı yaşayış binasının zirzəmilərində təmizlik və təmir işləri aparılıb, M.Cəlal küçəsi 3, 5, 127, H.Babaşov 1, 5 saylı yaşayış binasının zirzəmisində 21,7 p/m boru qaynaq edilib.
6-cı mikrorayon 4 saylı və S.Məmmədova küçəsi 201-də zirzəmidə təmir işləri aparılıb, 7-ci mikrorayon 5 saylı yaşayış binasında 50 p/m dik dayaqlar dəyişdirilib.
7-ci mikrorayon 515, 925, 10 saylı yaşayış binasının zirzəmisində və 158 saylı bağçada 6,5 p/m boru dəyişdirilib, 8-ci mikrorayon 2a, 1b saylı, H.Hüseynov 13, Ş.Məmmədova 3 və 7, Azadlıq prospekti. 16 və 20 saylı yaşayış binalarında ümumilikdə 70 p/m dik dayaqlar dəyişdirilib, 1v, 1(NQÇ), N.Nərimanov 87, Azadlıq prospekti. 18, 14, 24, 163 saylı yaşayış binalarının zirzəmisində 19 p/m, Naxçıvani küçəsi 5, 6, 9, 27, C.Hacıbəyli 64-də zirzəmidə 15 p/m boru dəyişdirilib. Naxçıvani küçəsi 26-da 6 p/m dik dayaqlar bərpa edilib.
6-cı mikrorayonda pilləkən qəfəslərində 45 m2 pəncərə 32 m2 qapı cari təmir edilib. 10 yaşayış binasının zirzəmisində su və kanalizasiya xətlərində əsaslı təmir işləri davam etdirilir. 60/30 saylı məhəllədə 1613 m2 qazon əkilib.
8-ci mikrorayonda 19, 21, 26 saylı binaların, 7-ci mikrorayonda 1 məhəllənin tam abadlaşdırılması işləri davam etdirilir. 30 binanın fasadında əsaslı təmir işləri aparılır.