Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Binəqədi qəsəbə bələdiyyəsinin 2015-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi
12 yanvar tarixində Binəqədi qəsəbəsi Mərkəzi Mədəniyyət evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Binəqədi qəsəbə bələdiyyəsinin 2015-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Əliyev, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva və qəsəbə sakinləri iştirak etdilər.
Hesabat tədbirini giriş nitqi ilə açan Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışaraq sakinləri müzakirələrdə aktiv iştirak etməyə dəvət etdi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Əliyev və Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva 2015-ci il ərzində qəsəbədə görülən işlər barəsində geniş məruzə ilə çıxış etdilər.
Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar.
Yığıncaqda hər iki qurumun rəhbəri sakinləri maraqlandıran sualları cavablandırdı.
Hesabat yığıncağında Binəqədi qəsəbəsinin ziyalıları, ağsaqqalları və yüz nəfərdən artıq qəsəbə fəalı iştirak edirdi.