Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 20 Yanvar faciəsində şəhid olmuş Rüstəm Əliyevin xatirəsinin yad edildi

14 yanvar 2016 | 11:00

Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır. Ən yeni tariximizin qanlı səhifəsi olan 20 Yanvar hadisələri  zamanı şəhid olanlar da hər zaman qəlbimizdə yaşayırlar. Hər il olduğu kimi bu ildə 20 Yanvar faciəsi ilə bağlı Binəqədi rayonunda tədbirlər silsiləsinə start verildi.
Belə ki, 14 yanvar tarixində  20 Yanvar Cəmiyyətinin sədri Ağarza Xankişiyev, 3 saylı məktəbin direktoru Natəvan Əsədova və məktəbin kollektivi Binəqədi rayon  3 nömrəli tam orta məktəbin məzunu  və 20 Yanvar faciəsi zamanı şəhidi olan  Rüstəm Əliyevin evində oldular və ailə üzvləri ilə birlikdə onun əziz xatirəsini yad etdilər. 
Şəhidin ailəsi göstərdikləri diqqətə görə ölkə və rayon  rəhbərliyinə təşəkkürünü bildirdi.

Keçidlər