Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda "Fövqəladə hallarda özünü necə aparmalı" mövzusunda tədbir keçirildi

14 yanvar 2016 | 11:00

14 yanvar tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi , Binəqədi qəsəbə bələdiyyəsi və 179 saylı məktəbin  təşkilatçılığı ilə  "Fövqəladə hallarda özünü necə aparmalı" mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Bakı Regional Mərkəzinin Operativ məlumat şöbəsinin rəisi - idarə rəisinin müavini, polkovnik-leytenant Vaqif Teymurov , Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Əliyev, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva və 179 saylı məktəbin kollektivi iştirak etdi.
Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət oldu.
Mərkəzi Mədəniyyət evində keçirilən nəzəri hissə zamanı Bakı Regional Mərkəzinin əməkdaşları "Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və qurumları", "Fövqəladə halların təsnifatı", "Kollektiv mühafizə qurğuları", "Təbii fövqəladə hallar zamanı nə etməli?", "Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?", "Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?", "Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?", Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı isə "Qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydaları" mövzularında çıxış edərək tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, yol qəzaları, terror, partlayışlar və s. bağlı ətraflı məlumat verdilər.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Bakı Regional Mərkəzinin Operativ məlumat şöbəsinin rəisi - idarə rəisinin müavini, polkovnik-leytenant Vaqif Teymurov  və Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva tədbirin əhəmiyyəti barədə çıxış etdilər.
Daha   sonra  tədbirin  praktik   hissəsi Bakı Regional Mərkəzi, Mülkü Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə xidməti, Dövlət yangindan Mühafizə Xidməi, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardı Stansiyasının qüvvə və vasitələri ilə 179 saylı məktəbin həyətində keçirildi.

Keçidlər