Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Rumıniya Mədəniyyəti Günü ilə bağlı tədbir keçirildi

15 yanvar 2016 | 11:00

15 yanvar tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və  Rumıniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Rumıniya Mədəniyyəti Günü ilə bağlı tədbir keçirildi.
Mədəniyyət günü Rumıniyanın xalq şairi, bəstəkar  Corc  Enescunun 135 illik yubileyinə həsr  edildi.
Keçirilən tədbirdə  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu, Rayon İcra Hakimiyyətinin, səfirliyin əməkdaşları, icra və bələdiyyə sədri  iştirak etdilər.
Əvvəlcə səfirliyin əməkdaşları və tədbir iştirakçıları tanınmış  rumın xalq şairi, bəstəkar Corc  Enescunun  Bakının Binəqədi rayonunda yerləşən abidəsi qarşısına əklil və çiçəklər qoydular.
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu çıxışında tədbir iştirakçılarına minnətdarlığını bildirərək qeyd etdi ki, Azərbaycanda Rumıniya Mədəniyyəti Gününün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Səfir vurğuladı ki, Rumıniya Azərbaycanı daim dəstəkləyir, ölkələrimiz müxtəlif sahələrdə sıx əməkdaşlıq edir, xalqlarımız uzun illərdir dostluq edir, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşırlar. Səfir o cümlədən, təşkilatçılığa görə Binəqədi Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirdi.
Sonda abidənin önündə xatirə şəkili çəkdirildi.

Keçidlər