Binəqədi rayonunda “20 Yanvar” faciəsinin iyirmi altıncı ildönümü münasibətilə 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirildi
16 yanvar 2016-cı il tarixdə 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü münasibətilə Binəqədi rayonunda 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, “20 Yanvar” Cəmiyyətinin Rayon şöbəsinin sədri Ağarza Xankişiyev, 20 Yanvar hadisələri zamanı şəhid olmuş rayon sakinlərinin yaxınları iştirak etdilər.
Görüş çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov ermənilərin fitvası ilə törədilmiş bu cinayətin Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədiyini, xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşduğuna və bu nailiyyəti heç vaxt əlindən verməyəcəyini bildirdi və şəhid ailələrinin problemləri ilə maraqlandı.
Daha sonra “20 Yanvar Cəmiyyəti” Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev və 20 Yanvar şəhidi Rəşid İsmayılovun həyat yoldaşı Elmira İsmayılova 20 Yanvar əlilləri və şəhid ailələrinin adından çıxış edərək onlara göstərilən dövlət qayğısından danışaraq, bu qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirdilər.