Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı “Savaş içində sülh” tamaşası nümayiş olundu

19 yanvar 2016 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin 26-cı ildönümünün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq Xəzər Universitetinin nəzdində yaradılmış Dünya Məktəbinin dərnək üzvlərinin ifasında “Savaş içində sülh” tamaşası nümayiş olundu.
Tamaşanın nümayişində Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Dünya məktəbinin təsisçisi Nailə İsayeva, rayon orta ümumtəhsil məktəblərinin müəllim heyəti və şagirdləri iştirak etdilər.
Tədbirdə ilk olaraq vətənpərvərlik mövzusunda filmlər göstərildi. Bu filmlər 1988-ci ildə ölkəmizə qarşı həyata keçirilən düşmənçilik siyasəti, xalqımızın başına gətirilən faciələrdən bəhs etdi.
Daha sonra nümayiş olunan “Savaş içində sülh” tamaşasında Azərbaycan tarixinə qara hərflərlə yazılmış 20 Yanvar faciəsi onun əsas süjet xəttini təşkil etdi.
Sonda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tamaşanın hazırlanmasında zəhməti olanlara təşəkkürünü bildirdi və bü cür tədbirlərin gənc nəslin qəhrəman Vətən övladlarının yaxından tanımasında, onların vətənpərvərlik tərbiyəsində çox əhəmiyyətli rol oynadığını vurğuladı.

Keçidlər