Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı anım tədbiri keçirildi

19 yanvar 2016 | 11:00

19 yanvar 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı anım tədbiri keçirildi.
Tədbirdə çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov faciənin tarixi, bu hadisələrin heç zaman unudulmamasının vacibliyi, Azərbaycanın öz müstəqilliyini şəhidlərin qanı bahasına əldə etdiyini qeyd etdi. Ramiz Göyüşov 20 Yanvar hadisələrinin qurbanlarının xatirələrinin daim yaddaşlarımızda qalacağını vurğuladı.
Sonra çıxış edən natiqlər - 3 №li tam orta məktəbin tarix müəllimi Vətən Hüseynov, şəhid anası Elmira Məmmədova, gənclərdən – Elnurə Cəfərzadə, Aytac Abbasbəyli, Türkan Sadıqova 20 Yanvar faciəsi haqqında fikir və düşüncələrini bölüşdülər. 20 Yanvar faciəsinin həm də qəhrəmanlıq səhifəsi olduğunu qeyd edən natiqlər, azadlıq və istiqlaliyyət uğrunda xalqımızın apardığı mübarizənin daim yaddaşlarda yaşayacağını vurğuladılar.
Sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova çıxış edərək Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 15 dekabr 2015-ci il tarixli 96 nömrəli və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 08 yanvar 2016-cı il tarixli 03 nömrəli sərəncamlarının və İdarənin Tədbirlər planının icrası məqsədilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa yazı, rəsm və bədii-qiraət müsabiqələrinin keçirildiyini nəzərə çatdırdı.
Tədbir “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilən inşa yazı, rəsm və bədii qiraət müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi ilə yekunlaşdı.

Keçidlər