Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Binəqədi bələdiyyəsinin 2015-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

19 yanvar 2016 | 11:00

19 yanvar tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Binəqədi bələdiyyəsinin 2015-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Dilbər Şükürova, Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, dövlət idarə, müəssisə,  xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.
Hesabat tədbirini  giriş  nitqi ilə açan Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov 1 saylı sahə inzibati ərazi dairəsinin ərazisində görülən və görülməsi nəzərdə tutulan işlərdən danışaraq sakinləri müzakirələrdə iştirak etməyə dəvət etdi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Dilbər Şükürova və Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı 2015-ci il ərzində görülən işlər barəsində geniş məruzə ilə çıxış etdilər.
Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə fikir mübadiləsi apardılar.
Yığıncaqda hər iki qurumun rəhbəri sakinləri maraqlandıran sualları cavablandırdı.

Keçidlər