Şəhid Rəşad Əliyar oğlu Cəfərzadənin 40 mərasimi keçirildi
24 yanvar 2016 | 11:00
24 yanvar tarixində şəhid Rəşad Əliyar oğlu Cəfərzadənin 40 mərasimi keçirildi.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkili Kamaləddin Qafarov, hüquq-mühafizə orqanları, səfərbərlik və hərbi xidmətə çağırış idarəsi, rayon müəssisə təşkilatlarının rəhbərləri, rayon ziyalıları və digər ictimaiyyət nümayəndələri iştirak etdirlər.
Mərasim iştirakçıları və gənclər şəhidin məzarını ziyarət etdilər, məzarın önünə əklil qoydular.
Daha sonra mərasimdə şəhidin ruhuna dualar oxunuldu və yaxınlarına dərin hüzünlə baş sağlığı verildi.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən hər bir şəhid Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.