Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən və 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və Xocəsən bələdiyyəsinin 2015-ci ildəki fəaliyyətlərinə dair hesabat yığıncağı keçirildi
22 yanvar tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən və 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və Xocəsən bələdiyyəsinin 2015-ci ildəki fəaliyyətlərinə dair hesabat yığıncağı keçirildi.
Hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlipaşa Xankişiyev, Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, dövlət idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.
Hesabat tədbirini giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov qəsəbələrin ərazisində görülən və görülməsi nəzərdə tutulan işlərdən danışaraq sakinləri müzakirələrdə iştirak etməyə dəvət etdi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlipaşa Xankişiyev, Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov 2015-ci il ərzində görülən işlər barəsində geniş məruzə ilə çıxış etdilər.
Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə fikir mübadiləsi apardılar.
Yığıncaqda hər iki qurumun rəhbəri sakinləri maraqlandıran sualları cavablandırdı.