Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Rəsulzadə bələdiyyəsinin 2015-ci ildəki fəaliyyətlərinə dair hesabat yığıncağı keçirildi
26 yanvar tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Rəsulzadə bələdiyyəsinin 2015-ci ildəki fəaliyyətlərinə dair hesabat yığıncağı keçirildi.
Hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, dövlət idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.
Tədbirdən öncə qəsəbə ərazisində fəaliyyət göstərən müəssiəsələrin istehsal etdiyi məhsullardan ibarət sərgiyə baxış keçirildi.
Hesabat tədbirini giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov və Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov 2015-ci il ərzində görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etdilər.
Məruzə ətrafında qəsəbə sakinlərindən Məmməd Kazımov, Sabir Həsənov, Ələddin Hacıyev və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər.
Hesabat yığıncağının sonunda qərar layihələri oxundu.