Şriftin ölçüsü :

Saytın rəngi :

“İrəvanda xal qalmadı” tamaşasının premyerası oldu

26 yanvar 2016 | 11:00

26 yanvar tarixində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti şair-dramaturq Hidayətin “İrəvanda xal qalmadı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerasını təqdim etdi.
Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs etdi.
Tamaşada Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun ziyalı və  ağsaqqalları, fəal gənclər, o cümlədən rayon ictimaiyyəti iştirak etdi.
Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmış səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadə, rejissor assistenti Rövşən Cəfərovdur.

Keçidlər