Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni kəşf olunmuş oyunlar – Yaradıcılıq müsabiqəsi” fərdi layihəsinin təqdimatı oldu

27 yanvar 2016 | 11:00

27 yanvar 2016-cı il tarixdə Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsinin qalibi, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsi Radim Hüseynlinin “Yeni kəşf olunmuş oyunlar – Yaradıcılıq müsabiqəsi” adlı fərdi layihəsinin açılış mərasimi keçirildi.
Tədbirdə Akademiyanın Tədris işləri üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Sirac Məmmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov və fəal gənclər iştirak etdilər.
Layihənin rəhbəri Radim Hüseynli tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamladı və layihə haqqında məlumat verdi.
Çıxış edən natiqlər Gənclər Fondunun fəaliyyətinin ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin əsas tərkib hissəsindən biri olduğunu nəzərə çatdırdılar. Akademiyanın tələbəsi Radim Hüseynlini qrant müsabiqəsinin qalibi olması münasibətilə təbrik etdilər və ona təhsildə uğurlar dilədilər.
Sonra layihəyə təqdim olunan yeni oyunların müəllifləri təqdimatla çıxış edərək oyunlar haqqında tədbir iştirakçılarını məlumatlandırdılar.
Oyunlar iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Keçidlər