Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi və Şəmkir bələdiyyələri arasında qarşılıqlı fəaliyyət proqramına dair niyyət protokolu imzalandı

28 yanvar 2016 | 11:00

Yanvarın 28-də Binəqədi və Şəmkir bələdiyyələri arasında qarşılıqlı fəaliyyət proqramına dair niyyət protokolu imzalandı.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini İlqar Süleymanov, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva iştirak etdilər.
İmzalanma mərasimindən əvvəl Şəmkirdə təşkil edilmiş Binəqədi rayonunda fəaliyyət göstərən istehsal müəssisələrinin sərgisi ilə tanışlıq oldu.
Daha sonra ikitərəfli görüşdə hər iki bələdiyyənin fəaliyyət planı haqqında məlumat verildi. Niyyət protokoluna əsasən tərəflər bir çox sahələr üzrə əməkdaşlıq edəcəklər, xüsusilə də kənd təsərrüfatı və emal müəssisələri məhsullarının Binəqədi rayonu ərazisində satışını həyata keçirəcəklər. Dostluq münasibətləri çərçivəsində mədəni- kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Keçidlər