Binəqədi Rayon İcra Hakimiyyəti başcısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Biləcəri bələdiyyəsinin 2015-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi
29 yanvar tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Binəqədi bələdiyyəsinin 2015-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov, Binəqədi Rayon İcra Hakimiyyəti başcısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbad İbrahimov, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, dövlət idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Hesabat tədbirini giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov qəsəbə ərazisində görülən və görülməsi nəzərdə tutulan işlərdən danışaraq sakinləri müzakirələrdə iştirak etməyə dəvət etdi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başcısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbad İbrahimov və Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev 2015-ci il ərzində görülən işlər barəsində geniş məruzə ilə çıxış etdilər.
Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə fikir mübadiləsi apardılar.
Yığıncaqda hər iki qurumun rəhbəri sakinləri maraqlandıran sualları cavablandırdı.