Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun bələdiyyələri İsmayıllı rayonuna səfər etdilər

29 yanvar 2016 | 11:00

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Binəqədi rayon bələdiyyələri İsmayıllı rayonunda da oldular.
Səfər çərçivəsində Binəqədi və İsmayıllı rayonlarının bələdiyyələri arasında qarşılıqlı fəaliyyət proqramına dair niyyət protokolu imzalandı. Niyyət protokoluna əsasən tərəflərin bir çox sahələr üzrə əməkdaşlıq etmələri nəzərdə tutulub. Səfərin əsas məqsədi  Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə gələcək fəaliyyət üçün qarşıya qoyulan istiqamətlərin icrasını təmin etməkdir. Layihənin yaxın gələcəkdə icrası yerli istehsalın qorunmasına şərait yaradacaq, inhisarçılığın qarşısı alınacaq və ərzaq məhsulları ilə təminatda ölkə başçısının qarşıya qoyduğu ən mühüm tapşırıqlardan biri idxaldan asılılıq qismən azalacaq.
Səfərdə Binəqədi Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini İlqar Süleymanov, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva iştirak etdilər.

Keçidlər