Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirildi

30 yanvar 2016 | 11:00

30 yanvar 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Azərbaycanın əməkdar incəsənət xadimi, xalq şairi, dramaturq Nəriman Həsənzadənin gənclərlə görüşü keçirildi.
2 Fevral – Gənclər Gününə həsr olunmuş görüşdə xalq şairi Nəriman Həsənzadə ilə yanaşı, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, ədəbiyyatşünas Rüstəm Kamal, YAP Binəqədi rayon Təşkilatının fəalları və gənclər iştirak etdilər.
Görüşü giriş nitqi ilə Rüstəm Kamal açaraq, xalq şairinin yaradıcılığından geniş bəhs etdi. O, xalq şairinin müxtəlif dövrlərdə yazdığı şeirlərə, əsər və poemalara toxundu. Nəriman Həsənzadə kimliyinin Azərbaycan ədəbiyyatı üçün əvəzolunmaz olduğunu bildirdi. Hal-hazırda sevilən bir çox mahnının onun şeirlərinə bəstələndiyini və əsərlərinin dünya oxucuları tərəfindən böyük rəğbətlə qarşılandığını nəzərə çatdırdı.
Görüşdə geniş nitq söyləyən Ramiz Göyüşov xalq şairi Nəriman Həsənzadənin gənclərlə görüşünün 2 Fevral - Gənclər Gününə həsr olunduğunu və bu görüşün gənclərimiz üçün yüksək əhəmiyyətindən danışdı. Bu görüşün çoxminli YAP gənclərinin arzu və istəyi nəticəsində reallaşdırıldığını qeyd etdi. Ramiz Göyüşov Nəriman Həsənzadə yaradıcılığının bütün səhifələrinin unudulmaz olduğunu vurğulayaraq, onu ədəbiyyatımız üçün tükənməz xəzinə adlandırdı.
Görüşdə çıxış edən Nəriman Həsənzadə gənclərlə görüşməkdən böyük məmnunluq hissi keçirdiyini bildirdı və bu cür görüşün təşkil olunmasına görə Binəqədi Rayon İcra Hakimiyyətinə, YAP Binəqədi rayon təşkilatına və Binəqədi Rayon Gənclər və İdman İdarəsinə öz minnətdarlığını bildirdi.
Nəriman Həsənzadə geniş yaradıcılığından danışaraq şeirlərinin və əsərlərinin yaranma tarixçəsindən bəhs etdi. O, söhbət zamanı gənclərin xahişi ilə müxtəlif şeirlərini səsləndirdi.
Yüksək anşlaqla keçən görüşdə gənclər xalq şairi Nəriman Həsənzadəyə həyatına və yaradıcılığına dair müxtəlif suallar ünvanlaydılar, şairin şeirlərini səsləndirdilər.
Görüşün sonunda xalq şairi Nəriman Həsənzadənin kitablarının imzalanma mərasimi baş tutdu.

Keçidlər