Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədidə 20 Yanvar şəhidləri anıldı

20 yanvar 2013 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən imzalanan sərəncama müvafiq olaraq rayon ərazisində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.2013-cü il yanvar 19-da rayon ictimaiyyətinin iştirakı ilə Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar şəhidlərinin xatirəsinə salınmış parkın və “Güllə yağışı” abidəsinın açılışı oldu.İlk öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdi. Sonda abidənin önünə gül dəstələri düzüldü və tədbir yekunlaşdı. Tədbirdən sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov 20 yanvar faciəsində şəhid və əlil olmuş şəxslərin ailələri ilə görüş keçirdi.Görüşdən sonra 45 nəfər 20 Yanvar əlilinə və 18 şəhid ailəsinə maddi yardım və ərzaq bağlamaları paylandı.
 

Keçidlər