Şriftin ölçüsü :

Saytın rəngi :

“Xüsusi qayğıya ehtiyacı olan gənclərə kompüter tədrisi” layihəsinin yekunu ilə bağlı tədbir keçirildi

06 fevral 2016 | 11:00

Fevralın 6-da Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Gənc Mühəndislərin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Xüsusi qayğıya ehtiyacı olan gənclərə kompüter tədrisi” layihəsinin yekunu ilə bağlı tədbir keçirildi. 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - Dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, Gənc Mühəndislərin İnkişafı İctimai Birliyinin sədri Zaur Mirzalıyev və gənclər iştirak etdilər.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - Dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov və Gənc Mühəndislərin İnkişafı İctimai Birliyinin sədri Zaur Mirzalıyev layihəni uğurla bitirən gənclərə müvəfiqiyyət arzulayaraq belə layihələrin davamlı olmasını bildirdilər.
Sonda layihəni uğurla bitirən gənclərə sertifikatlar təqdim edildi.
Layihədən Binəqədi rayonundan 15 xüsusi qayğıya ehtiyacı olan ailənin övladı bəhrələndi.

Keçidlər