138 saylı bağçada “Sağlamlığımızı qoruyaq” adlı tədbir keçirildi
9 fevral tarixində 138 saylı bağçada Binəqədi Rayon İcra Hakimiyyətinin “Birgə Yaradaq” layihəsinin təşəbbüsü və “Gənclərə Qayğı” İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam gənclik etibarlı gələcəkdir” adlı layihə çərçivəsində “Sağlamlığımızı qoruyaq” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, 138 saylı körpələr-evi uşaq bağçasının müdiri Seyranə Qasımova, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN Könüllüləri, “Gənclərə Qayğı” İctimai Birliyinin nümayəndəsi Şəms Həsənli iştirak etdilər.
Tədbirdə çıxış edən 138 saylı körpələr-evi uşaq bağçasının müdiri Seyranə Qasımova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüsü Xalid İsrayıllı, “Gənclərə Qayğı” İctimai Birliyinin nümayəndəsi Şəms Həsənli sağlam həyat tərzinin uşaqlar arasında təbliğinin vacibliyini vurğulayaraq, bağçada uşaqlara sağlam həyat tərzinin düzgün aşılanmasının vacibliyini diqqətə çatdırdılar.
Daha sonra 138 saylı bağçanın balaca fidanları sağlam həyat tərzi devizi altında hazırladıqları proqramla çıxış etdilər.
Tədbirin sonunda “Gənclərə Qayğı” İctimai Birliyi tərəfindən layihəyə göstərdikləri diqqətə görə Binəqədi Rayon İcra Hakimiyyəti və 138 saylı bağça təşəkkürnamə ilə təltif edildilər.