Şriftin ölçüsü :

Saytın rəngi :

158 saylı bağçada “Sağlam gənclik etibarlı gələcəkdir” adlı tədbir keçirildi

10 fevral 2016 | 11:00

10 fevral tarixində 158 saylı bağçada Binəqədi Rayon İcra Hakimiyyətinin “Birgə Yaradaq” layihəsi çərçivəsində “Gənclərə Qayğı” İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam gənclik etibarlı gələcəkdir” adlı  tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, 158  saylı körpələr-evi uşaq bağçasının müdiri Rəfiyyə Əsədova, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN Könüllüləri, “Gənclərə Qayğı” İctimai Birliyinin nümayəndəsi Şəms Həsənli və  bağçanın  kollektivi iştirak etdi.
Tədbirdə çıxış edən 158  saylı körpələr-evi uşaq bağçasının müdiri Rəfiyyə Əsədova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüsü Hüseyn Quluzadə, “Gənclərə Qayğı” İctimai Birliyinin nümayəndəsi Şəms Həsənli çıxış edərək sağlam həyat tərzi ilə bağlı layihələrin davamlı olacağını və bu istiqamətdə Binəqədi rayonu məktəbəqədər müəssisələrdə tədbirlərin gələcəkdə də keçirləcəyini diqqətə çatdırdılar.
Daha sonra 158 saylı bağçanın balaca fidanları sağlam həyat tərzi devizi altında  hazırladıqları proqramla çıxış etdilər.
Tədbirin sonunda “Gənclərə Qayğı” İctimai Birliyi tərəfindən layihədə aktiv iştirakına görə 158 saylı bağça təşəkkürnamə ilə təltif edildi.

Keçidlər