Sakinlərin Müraciət Xidmətinə 2016-cı ilin yanvar ayında daxil olan müraciətlər
2016-cı ilin yanvar ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 4054, birbaşa cavablandırılan zənglərin sayı 3164, yaradılan əks əlaqələrin sayı 888, günlük orta zəng sayı 114, tərtib edilən şikayət vərəqələrinin sayı 890 olub.
Şikayət xarakterli müraciətin 890-nın icrası təmin edilib, o cümlədən 772 -si və ya 86,7 %-i tam həll olunub, 65 -i və ya 7,3 %-i qismən həll edilib, 53 -ü və ya 6 %-nə müvafiq izahat verilərək həll edilib.
Yanvar ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 409-u və ya 46 %-i qaz təchizatı, 248-i və ya 27,9 %-i su-kanalizasiya, 111-i və ya 12,5 %-i istilik təchizatı, 57-si və ya 6,4 %-i lift problemləri, 29-u və ya 3,3 %-i sakinləri narahat edən digər məsələlər, 21-i və ya 2,2 %-i elektrik təchizatı ilə bağlı, 6-sı və ya 0,7 %-i zibil və tullantılar ilə əlaqədar, 6-sı və ya 0,7 %-i küçələrin işıqlandırılması idarəsi, 3 -ü və ya 0,3 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olub.
Xidmətə ay ərzində 40 təşəkkür müraciəti daxil olub.