Şriftin ölçüsü :

Saytın rəngi :

“Parlamentdə bir gün” layihəsi çərçivəsində Binəqədi rayon bələdiyyələrinin nümayəndələri ilə görüşü keçirildi

12 fevral 2016 | 11:00

Fevralın 12-də “Parlamentdə bir gün” layihəsi çərçivəsində Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradovanın və Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin Bakının Binəqədi rayon bələdiyyələrinin nümayəndələri ilə görüşü keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçının müavini Aygün Əliyeva, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Binəqədi rayon Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Rəsulzadə bələdiyyəsinin sədri, Qəsəbə bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov və digər bələdiyyə nümayəndələri çıxış edərək bildirdilər ki, rayon icra hakimiyyəti və bələdiyyələr arasında sıx əməkdaşlıq mövcuddur, vətəndaşların qəbulu və müraciətlərinə baxılması məsələsi operativ surətdə həll olunur, işin səmərəliliyini artırmaq və vətəndaşların məmnunluğunu təmin etmək üçün rayon üzrə məhəllə komitələri yaradılıb. Qeyd olundu ki, bələdiyyələrdə informasiya-kommunikasiya vasitələri geniş tətbiq edilir və bu sahədə təcrübə mübadiləsi aparılır. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində də fəal iş görülür.
Görüşdə iştirak edən millət vəkilləri Tahir Rzayev, Rüstəm Xəlilov, Azər Badamov, Malik Həsənov, Kamran Bayramov bələdiyyələr arasında münasibətlərin qurulması, bələdiyyə büdcələrinin formalaşması və ondan səmərəli istifadə edilməsinin vacibliyini qeyd etdilər. Millət vəkilləri Binəqədi rayonu bələdiyyələrinə gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

Keçidlər