Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində 28 noyabr 2023-cü il tarixində “Gender bərabərliyinə maneə olan amillər“ mövzusunda seminar keçirildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində 28 noyabr 2023-cü il tarixində “Gender bərabərliyinə maneə olan amillər“ mövzusunda seminar keçirildi.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı müvafiq bəndinin yerinə yetirilməsi məqsədilə təşkil olunan seminar Dövlət Komitəsinin əməkdaşları Aytəkin Hacıyeva və Sevinc Məmmədova tərəfindən keçirildi.
Seminarda gender bərabərliyinin təmin olunmasında mövcud maneələr, beynəlxalq və yerli qanunvericilik, erkən nikah və gender əsaslı zorakılıq barədə məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparıldı.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Nicat Nadirzadə və RİH başçısının M.Ə.Rəsuzladə Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov iştirak etdilər.
Sonda iştirakçılara maarifləndirici materiallar paylandı.