Şriftin ölçüsü :

Saytın rəngi :

"Ailəm və məktəbim" layihəsi çərçivəsində Binəqədi rayonu 157 nömrəli tam orta məktəbin həyətində ağac və güllər əkildi

11 may 2025 | 09:27

10 may 2025-ci il tarixində Binəqədi rayonu 157 nömrəli tam orta məktəbin həyətyanı sahəsində ağac və gül əkimi həyata keçirildi.

"Ailəm və məktəbim" layihəsi çərçivəsində növbəti addım olaraq məktəb-valideyn əməkdaşlığının genişləndirilməsi məqsədilə məktəb rəhbərliyi, müəllim, şagird və valideynlərlə birgə məktəbin həyətyanı sahəsində ağac və gül əkimi həyata keçirildi.

Aksiyada məktəbin bütün heyəti aktiv iştirak etdi.

Təbiətə qulluq, birgə əmək kimi vacib mesajları ötürən aksiya gün ərzində davam etdirildi.

Keçidlər