Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə “Zərifə Əliyeva ömrünün işığı” adlı tədbir keçirildi

29 aprel 2025 | 15:20

28 aprel 2025-ci il tarixində Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbində görkəmli oftolmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə “Zərifə Əliyeva ömrünün işığı” adlı tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavin Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin baş məsləhətçisi Leyla Quliyeva, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin müəllim və şagirdləri, gənclər iştirak etdilər.

Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, görkəmli oftolmoloq alim Zərifə xanım Əliyeva və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı, suvenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.

Tədbir iştirakçıları musiqi məktəbinin gənc rəssamlarının əl işlərindən ibarət sərgi ilə tanış oldular və xalqımız üçün böyük xidmətləri ilə zəngin həyat yolu keçirmiş akademik Zərifə xanım Əliyeva haqqında hazırlanmış video çarxı izlədilər.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd etdi ki, Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr vermiş və bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf etmişdir. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Görkəmli elm xadiminin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaqdır.

Növbəti çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva qeyd etdi ki, akademik, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanı xalqımız sonsuz hörmət və məhəbbətlə xatırlayır. Zərifə xanım Əliyevanın seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara nur bəxş etmək üçün səbəb olub. Oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli və zəngindir.   

Daha sonra tədbir Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdi.

Keçidlər