Şriftin ölçüsü :

Saytın rəngi :

A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü və 18 Sentyabr – Milli Musiqi Günü münasibətilə tədbir keçirildi

22 sentyabr 2026 | 14:05

18 sentyabr 2026-cı il tarixində Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində Azərbaycanın dahi bəstəkarı, professional musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü və 18 Sentyabr – Milli Musiqi Günü münasibətilə konsert proqramı keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Rauf Həsənov, Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Rasim Əliyev, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Tədbir məktəbin Xalq Çalğı Alətləri Orkestrinin ifası ilə başladı. Konsertin aparıcısı təbdir iştirakçılarını salamlayaraq Milli Musiqi Gününün əhəmiyyətindən danışdı, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərindən bəhs etdi.

Daha sonra məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim edildi. Şagirdlər tərəfindən Üzeyir Hacıbəylinin, eləcə də Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri müxtəlif musiqi alətlərində ifa oundu. Gənc musiqiçilərin çıxışları tədbir iştirakçıları tərəfindən maraq və rəğbətlə qarşılandı.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Rauf Həsənov 18 Sentyabr – Milli Musiqi Gününün Azərbaycanın mədəni həyatında xüsusi əhəmiyyət daşıdığını bildirdı. O, Üzeyir Hacıbəylinin Azərbaycan professional musiqisinin formalaşması və inkişafındakı mühüm rolundan danışaraq, dahi bəstəkarın zəngin yaradıcılıq irsinin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğuladı. R.Həsənov musiqi məktəblərinin gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və milli musiqi irsinin yaşadılmasında mühüm rol oynadığını qeyd etdi.

Sonda çıxış edən Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Rasim Əliyev çıxışında Milli Musiqi Gününün ölkəmizin mədəni həyatında xüsusi yer tutduğunu diqqətə çatdırdı. O, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi tarixində yaratdığı zəngin irsdən bəhs edərək, bəstəkarın əsərlərinin bu gün də böyük maraq və sevgi ilə qarşılandığını bildirdı. R.Əliyev məktəbin müəllim və şagirdlərinin milli musiqi irsinin qorunması və təbliği istiqamətində gördüyü işlərdən danışıb, tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirdi.

Keçidlər