Şriftin ölçüsü :

Saytın rəngi :

“Antiterror əməliyyatı” zamanı şəhid olmuş İsayev İsmayıl Çərkəz oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu

19 sentyabr 2026 | 09:47

19 sentyabr 2026-cı il tarixində “Antiterror əməliyyatı” zamanı şəhid olmuş İsayev İsmayıl Çərkəz oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, Binəqədi qəsəbə Bələdiyyəsinin Bəylər Həsənov və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzülüdü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər