“Antiterror əməliyyatı” zamanı şəhid olmuş Qocayev Vadim Alik oğlunun və Qəfərli Amin Rasim oğlunun anım günü ilə əlaqədar məzarları ziyarət olundu
13 sentyabr 2026-cı il tarixində “Antiterror əməliyyatı” zamanı şəhid olmuş Qocayev Vadim Alik oğlunun və Qəfərli Amin Rasim oğlunun anım günü ilə əlaqədar məzarları ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Rəhman Qəhrəmanov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzülüdü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.









